BƏƏ-də yaşayan Durov daha bir ölkənin vətəndaşlığını aldı

BƏƏ-də yaşayan Durov daha bir ölkənin vətəndaşlığını aldı
Oxunma sayı: 1940

37 yaşlı rusiyalı sahibkar və “VKontakte” sosial şəbəkəsinin həmtəsisçisi Pavel Durova Fransa vətəndaşlığı verilib.  

“Qafqazinfo” “Ateo Breaking” teleqram kanalına istinadən xəbər verir ki, müvafiq qərar ölkənin Baş naziri Jan Kasteks tərəfindən imzalanıb.

Sənədin hələ avqustda imzalanmasına baxmayaraq, bu haqda yalnız indi məlum olub.

Durovun Rusiya və Fransa vətəndaşlıqları ilə yanaşı, Karib dənizində yerləşən Sent-Kits və Nevis dövlətinin pasportu var. Sonuncunu o, ölkə iqtisadiyyatına 250 min dollar yatırım edərək alıb. Durov bu pasportla Avropa İttifaqı ölkələri və Böyük Britaniyaya vizasız səyahət edə bilir.

Durovun özü isə artıq bir neçə ildir Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayır. Durovun yaratdığı “Telegram” şirkətinin mənzil-qərargahı Dubayda yerləşir.

Qeyd edək ki, P. Durov Rusiyadan 2014-cü ildə köçüb. O, Vətənə geri dönməmək üçün bir neçə səbəb açıqlayıb. Onların arasında - ədalətli və müstəqil məhkəmə sisteminin, dövlət vəzifələrinə açıq müsabiqələrin, regionların iqtisadi muxtariyyəti olmaması, habelə təhsil sisteminin destandartizasiyasından imtina və s. var.