“Bayraktar”ın ilk sınaq uçuşlarının görüntüsü - Video

“Bayraktar”ın ilk sınaq uçuşlarının görüntüsü
Oxunma sayı: 1824

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitter səhifəsində atası Özdemir Bayraktarla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, pilotsuz uşuş aparatlarının ilk sınaqları ilə bağlı 2006-cı ildə lentə alınmış video paylaşıb.

“Rəhmətlik atam, əmim, qardaşım, mən və yol yoldaşlarımız... İlk gündən qarda, qışda, tufanda, şaxtada uşaq kimi əyləndik... Ruhun şad olsun, əziz Atamız...”, - deyə S.Bayraktar qeyd edib.

Avtomatik uçuş qabiliyyətinə və milli uçuş kompüterinə malik ilk milli İHA-nın ilk prototipinin sınaq uçuşlarının 2006-cı ildə çəkilmiş görüntülərini təqdim edirik: