Finlandiya Prezidenti Sauli Niinistyö və İsveçin baş naziri Maqdalena Anderssonun ABŞ Prezidenti Co Baydenlə telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, Niinistyö bu barədə sosial şəbəkədə yazıb: “Co Bayden və Maqdalena Andersson ilə birgə telefon danışığımız oldu. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı dərin narahatlığımızı bildirdik. Mən Finlandiyanın NATO-ya üzvlüklə bağlı növbəti addımları barədə danışdım. Finlandiya ABŞ-dan lazım olan bütün dəstəyi yüksək qiymətləndirir".
Xatırladaq ki, Niinistyö və Finlandiyanın Baş naziri Sanna Marin birgə bəyanatla dərhal NATO-ya üzv olmaqla bağlı quruma çağırış ediblər.