Bayden Kirbiyə yeni vəzifə verdi

Bayden Kirbiyə yeni vəzifə verdi
Oxunma sayı: 1194

ABŞ Prezidenti Co Bayden Con Kirbini Pentaqonun sözçüsü vəzifəsindən uzaqlaşdırıb və siyasətçini Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Con ABŞ-ın xarici və müdafiə siyasətinin mürəkkəbliyini başa düşür və o, mühüm milli təhlükəsizlik məsələlərində administrasiyanı məharətlə təmsil edəcək”, - Bayden bəyanatında bildirib.