Bayden eyni səhvi 3-cü dəfə etdi - Video

Bayden eyni səhvi 3-cü dəfə etdi
Oxunma sayı: 2648

ABŞ Prezidenti Co Bayden növbəti dəfə vitse-prezident Kamala Harrisi dövlət başçısı adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.

Hadisə Baydenin Atlanta Universitet Mərkəzində çıxışı zamanı baş verib.

“Ötən həftə Prezident Harris və mən Kapitolidə tariximizi “əvvəl və sonra”ya ayıran anlardan birini müzakirə edirdik (burada söhbət 2021-ci il 6 yanvar hadisələrindən gedir – red.)”, - deyə Bayden söyləyib.

Bu, artıq üçüncü dəfədir ki, ABŞ Prezidenti eyni səhvə yol verir. Bundan əlavə, Bayden Rusiya Prezidenti Vladimir Putinin soyadını səhv tələffüz edib, “vaksinasiya” və “eskalasiya” sözlərini, eləcə də Suriyanı Liviya, İraqı isə İranla səhv salıb.