Bayden bu iki ölkəni səhv saldı - Video

Bayden bu iki ölkəni səhv saldı
Oxunma sayı: 3303

ABŞ Prezidenti Co Bayden İsveçlə İsveçrəni səhv salıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, mətbuat konfransında çıxışı zamanı Finlandiya və “İsveçrə”nin NATO-ya daxil olmasını alqışladığını deyib. Səhvini dərhal başa düşən Bayden “İsveçrə. Allahım, mən NATO-nun genişlənməsindən çox həyəcanlanıram. İsveç!” deyib.

Bayden həmçinin əmin edib ki, Vaşinqton blokun ərazisinin “hər qarışını” müdafiə etməyə hazırdır.