“Barselona”nın stadionunun adı dəyişdirildi

“Barselona”nın stadionunun adı dəyişdirildi
Oxunma sayı: 3895

“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, stadion “Spotify Kamp Nou” adlanacaq. Ad dəyişikliyi “Barselona” və “Spotify” arasında razılaşmanın bir hissəsidir. Sponsorun köməyi ilə kataloniyalılar əlavə vəsait əldə edəcəklər.

Qeyd edək ki, İspaniya mətbuatı klubun bu sponsorluqdan 300 milyon avro qazanacağını yazıb.