Barış ilə Gupse 6 ildən sonra evləndilər - Fotolar

Barış ilə Gupse 6 ildən sonra evləndilər
Oxunma sayı: 5262

Türkiyəli aktrisa Gupse Özayla aktyor Barış Arduç ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, 6 ildir münasibətdə olan cütlük Çeşmədə nikaha daxil olub. Gupse ilə Barış toylarını payıza planlaşdırsalar da, pandemiya səbəbindən təxirə salmalı olmuşdular.

İstirahətdə olduqları oteldə ailə quran cütlük Çeşmə tətillərinə davam edəcəklər.