Bankların 4 ayda qazandıqları məbləğ açıqlandı

Bankların 4 ayda qazandıqları məbləğ açıqlandı
Oxunma sayı: 1360

Azərbaycan bank sektoru 2022-ci ilin yanvar-aprel aylarında 248.1 mln. manat xalis mənfəət əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın yaydığı hesabatda yer alıb.

Qeyd olunub ki, banklar ümumilikdə ilin ilk dörd ayı ərzində 389.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib: “İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 57.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib”.

Qeyd olunur ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.5% və ya 13.7 mln. manat daha çoxdur.

Eldar Tanrıverdi