“Baksol yolu”nda hərəkət məhdudlaşdırılacaq

baksol-yolunda-hereket-mehdudlasdirilacaq
Oxunma sayı: 2398

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.

Agentliyin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, aprelin 2-si saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, “Baksol yolu”nda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.