Bakıya qar yağdı - Video

Bakıya qar yağdı
Oxunma sayı: 2759

Bakıda bir neçə gündür proqnozu verilən qarlı hava şəraiti müşahidə edilir. 

“Qafqazinfo”nun məlumatına görə, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında qar yağır. 

Hazırda havanın temperaturu paytaxt və ətraf Bakı kəndlərində 0-4 dərəcə arasında dəyişir. 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.