Bakının məşhur gecə klubunda əməliyyat keçirildi, saxlanılanlar var - Video

Bakının məşhur gecə klubunda əməliyyat keçirildi, saxlanılanlar var
Oxunma sayı: 12684

Bakıda polis tərəfindən gecə klubunda əməliyyat keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləşən məşhur gecə klubu “1033”dən gedir.

Sözügedən klubda pandemiya qaydalarına əməl olunmadığı bildirilir. Bu səbəbdən polis tərəfindən bir neçə nəfər saxlanılıb.

Gecə saatlarında keçirilən əməliyyat anını əks etdirən görüntüləri təqdim edirik.

Emin Səfərov