Bu gün Bakının Bibiheybət, Şıx qəsəbələri, Salyan yolu ərazisi və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Məlumata görə, buna səbəb magistral su kəmərində yenidənqurma işlərinin aparılmasıdır.