Bakıda yük avtomobili aşdı, xəsarət alan var - Video

Bakıda yük avtomobili aşdı, xəsarət alan var
Oxunma sayı: 871

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasının pəncərəsinə çıxaraq intihar etmək istəyən 1 nəfər və Bakı şəhərinin Qaradağ rayonunda “Scania” markalı qoşqulu yük avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.