Bakıda vəfat edən Burbulislə Moskvada vida mərasimi keçirilir - Video

Bakıda vəfat edən Burbulislə Moskvada vida mərasimi keçirilir
Oxunma sayı: 1516

Moskvada Troyekurov qəbiristanlığında RSFSR-in keçmiş dövlət katibi Gennadi Burbulis ilə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. 

Xatırladaq ki, Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis iyunun 19-u günorta saatlarında 77 yaşında Bakıda vəfat edib. O, paytaxtımıza IX Qlobal Bakı Forumunda iştirak etmək üçün gəlmişdi.