Bakıda vaksinasiyadan keçəcək təhsil işçilərinin sayı açıqlandı

Bakıda vaksinasiyadan keçəcək təhsil işçilərinin sayı açıqlandı
Oxunma sayı: 1193

“Bu gün ölkəmizdə pandemiyaya qarşı ciddi mübarizə aparılır. Ölkəmiz bu məsələdə öncüllərdəndir”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu çərçivədə martın 3-dən təhsil işçilərinin də vaksinasiyasına başlanılır:

“Fikrimcə, kütləvi vaksinasiya əyani tədrisə keçidi sürətləndirəcək. 50 yaşdan yuxarı 20 minə yaxın müəllim və texniki heyətdə olan şəxslər vaksinasiyadan keçəcək. Burada əsas məqsəd müəllimlərin işindən ayrılmadan vaksinasiyadan keçməsini təmin etməkdir”.

M.Vəliyeva vurğulayıb ki, bunun üçün bütün lazımi şərait yaradılıb:

“Vaksinasiyadan keçmək normal həyata qayıtmağımızı təmin edəcək”.