Bakıda V-IX siniflər üçün üz-üzə dərslər bu tarixdən başlayacaq

Bakıda V-IX siniflər üçün üz-üzə dərslər bu tarixdən başlayacaq
Oxunma sayı: 5082

2021-ci il 15 fevral tarixindən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, bundan başqa, xüsusi məktəblərdə dərslər (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla keçiriləcək.