Bakıda tullantıların qalaqlandığı ərazi təmizləndi

Bakıda tullantıların qalaqlandığı ərazi təmizləndi
Oxunma sayı: 1280

Yasamal rayonu, “Zefir Mall” Ticarət Mərkəzinin arxa hissəsində  məişət tullantılarının qalaqlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə "Qafqazinfo"ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən təmizlənib:

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Birliyə məcburi göstəriş verilib”.