Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçiriləcək - Əhalinin nəzərinə!

Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçiriləcək
Oxunma sayı: 1670

“Teknofest Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakı səmasında təyyarə və vertolyotların sınaq uçuşları keçiriləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, 26-29 mayda Bakıda “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.