Bakıda qamışlıq ərazidə yanğın baş verib

Bakıda qamışlıq ərazidə yanğın baş verib
Oxunma sayı: 1005

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib.

FHN-dən "Qafqazinfo"ya bildirilib ki,  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Qafqazinfo"ya FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.