Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi
Oxunma sayı: 9894

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 3-də saat 09 radələrində xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Maarif qızı Xəlilova özünü klinikanın Səməd Vurğun küçəsindəki korpusunun 10-cu mərtəbəsindən atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tibb Universiteti hadisə ilə bağlı açıqlama verib: "Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.  Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək".

Nizam Rza