Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı
Oxunma sayı: 2470

Bakı şəhərinin Suraxanı rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan Volkova Raya Vasilyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.