Bakıda maşına silahla atəş açıldı

Bakıda maşına silahla atəş açıldı
Oxunma sayı: 10397

Ötən gün axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb. 

“Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur.

Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətindən polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun: General Əfqan Nağıyevin qardaşının cəzası ağırlaşdırıldı

Bakıda barda tanış olduğu qadın “Parkside” hotelində əcnəbini soydu​

Murad Əhməd