Bakıda kişi qadını zorla maşına mindirmək istədi - Video

17.06.2021 | 12:42 Oxunma sayı: 72
Bakıda kişi qadını zorla maşına mindirmək istədi

Tanınmış aparıcı Aytən Səfərova öz instaqram hesabında qadına şiddəti əks etdirən videogörüntülər paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o, sözügedən görüntülərin Yasamal rayonu ərazisində çəkildiyini bildirib.

Kadrlarda bir kişi xanımı məcburi şəkildə avtomobilinə apararaq zorakılıq göstərib. Lakin həmin gənc qız kömək istəyərək oradan qaçıb, kişi isə maşına minərək ərazidən uzaqlaşıb.

Səfərova həmin paylaşıma belə şərh verib: “Səhər tezdən qışqırıq səslərini eşitdik, sonadək nə olduğunu anlamadıq. Ümid edirik ki, bu ailənin üzvləri barışıb və uşaqları artıq gözüyaşlı deyil. Yəqin mütəmadi olaraq qadına əl qaldırır. Mən belə anlayıram. Öz həyat yoldaşlarına əl qaldıranların əlləri qırılsın! Öz xanımlarına möhtac qalsınlar”.

Digər xəbərlər