Bakıda kafedə qətl törədildi

Bakıda kafedə qətl törədildi
Oxunma sayı: 3183

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadələrə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Cinayət işi başlanılıb, araşdırmalar aparılır.