Bakıda hava dəyişəcək - Xəbərdarlıq

Bakıda hava dəyişəcək
Oxunma sayı: 12988

Bakıda və Abşeron yarımadasında iyunun 26-sı axşamdan 30-dək şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometetorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında iyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.