Bakıda evdə yanğın olub

Bakıda evdə yanğın olub
Oxunma sayı: 958

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 60 m² olan digər birmərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.