Bakıda daha bir məktəbin damı uçdu - Foto

Bakıda daha bir məktəbin damı uçdu
Oxunma sayı: 3625

Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. 

Bu barədə "Qafqazinfo"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumat verilib.

Bildirilib ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Qeyd edək ki, bu gün 278 saylı tam orta məktəbin də dam örtüyünün bir hissəsi uçub.