Bakıda beşmərtəbəli binada yanğın - Xəsarət alan var

Bakıda beşmərtəbəli binada yanğın
Oxunma sayı: 1160

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 10 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım briqadasına təhvil verilib.

Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.