Bakıda 87 yaşlı kişi ilə 78 yaşlı qadın evləndi - Fotolar

Bakıda 87 yaşlı kişi ilə 78 yaşlı qadın evləndi
Oxunma sayı: 4733

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaş ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DOST Mərkəzi məlumat paylaşıb.

87 yaşlı Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zərurui ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.

Həmçinin oxuyun: “Bravo”da film kimi cinayət - Planı kassir qurub

Yolu bağlayıb beton tökən maşına görə kim məsuliyyət daşıyır?