Bakıda 33 marşrutun yolu dəyişdirilir

Bakıda 33 marşrutun yolu dəyişdirilir
Oxunma sayı: 2808

26 iyun - Azərbaycanın Silahlı Qüvvələr günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüş keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verib.

Məlumata görə, yürüşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli marşrular) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.