Bakıda 30 yaşlı qadın özünü 18-ci mərtəbədən atdı - Foto

Bakıda 30 yaşlı qadın özünü 18-ci mərtəbədən atdı
Oxunma sayı: 11848

Bakıda qadın intihar edib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atıb.

Qadın hadisə yerində həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.