“Bakı və İrəvan arasındakı mübahisəli məsələlər diqqətimizdədir” - Lavrov

“Bakı və İrəvan arasındakı mübahisəli məsələlər diqqətimizdədir”
Oxunma sayı: 1330

“Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həlli yollarının axtarışı Rusiyanın diqqət mərkəzində qalır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Federal Məclisinin Federasiya Şurasında hökumət saatı zamanı deyib. 

"Rusiya bu cür böhranların həllinə konkret töhfə verir. Bura Suriyada siyasi dialoqu təşviq etmək səylərimiz də daxildir. Rusiya Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həllinin tapılmasında əsas rol oynayır”, - deyə Lavrov qeyd edib.