Bakı sakini Xocalıda ağır qəzada öldü

Bakı sakini Xocalıda ağır qəzada öldü
Oxunma sayı: 2809

Avqustun 17-si saat 8 radələrində Xocalı rayonunun Çanaqçı kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Xocalı RPŞ-də araşdırma aparılır.