Bakı metrosunda maraqlı anlar - Fotolar

Bakı metrosunda maraqlı anlar
Oxunma sayı: 5725

Bakı metrosunun “İçərişəhər” stansiyasının vestibülündə metro istifadəçilərinə xoş əhval-ruhiyyə bəxş edən, Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş bayram şousu başlanıb.

“Qafqazinfo” xəbər verir ki, sərnişinlərin görüşünə Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız gəliblər.

Yeni il şənliyi dekabrın 30-da davam edəcək. Dekabrın 31-i və yanvarın 1-də isə “İçərişəhər” və “28 May” stansiyalarında simli kvartetin ifasında konsert proqramları təşkil ediləcək.

Fotolar: Müzəffər İsmayılov