Bakı metrosuna balta ilə girib vətəndaşları təhdid etdi - Video

Bakı metrosuna balta ilə girib vətəndaşları təhdid etdi
Oxunma sayı: 7734

Bakı Metropolitenində balta ilə gəzən şəxsin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, öz videosunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib.

Vətəndaşları hədələyən həmin adam videoda bunları deyib: “And olsun bizi yaradana. Bakı şəhərində qaşın-gözün... Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə... Bax metrodayam, həmin o qaşın-gözün alanın başını kəsməsəm, adam deyiləm”.

Naməlum şəxs özü ilə gəzdirdiyi və daxili görünməyən sellofana bükdüyü baltanı da nümayiş etdirərək hədələrinin real olmasını vurğulayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.

Həmin görüntüləri təqdim edirik: