Badamdarda bu yaralı it axtarılır - Tapana mükafat veriləcək

Badamdarda bu yaralı it axtarılır
Oxunma sayı: 4570

Bakının Səbail rayonu Badamdar qəsəbəsi ərazisində ötən gün yoxa çıxan yaralı it axtarılır. 

Bu barədə “Qafqazinfo”ya müğənni Kəmalə Əliyeva məlumat verib. 

O bildirib ki, bir neçə gün əvvəl gecə saat 03:00 radələrində iti naməlum avtomobil vuraraq qaçıb. O, heyvanı xəstəxanaya aparıb və əməliyyat etdirib. Sahiblənmək üçün adam axtardığı müddətdə itə qulluq edib və yaşadığı çoxmərtəbəli binanın alt hissəsində ona müvəqqəti qalmaq üçün yer düzəldib.

K. Əliyevanın sözlərinə görə, heyvana sahib tapılsa da, binanı inşa edən MTK-nın rəhbərliyi yaralı heyvanı oradan uzaqlaşdırıb: “Adını çəkmək istəmədiyimiz MTK əməkdaşı yaralı halda olan heyvanı götürüb binadan uzaqlaşdırıb. Xahiş edirik, Badamdar ərazisində kim bu iti görsə, bu səhifəyə yazsın. Heyvansevərlərə səslənirəm, iti tapmaqda bizə kömək olsunlar. Heyvanı tapan şəxsə pul mükafatı veriləcək”.