Bacısını parkda öldürən Qalib məhkəmə önündə

Bacısını parkda öldürən Qalib məhkəmə önündə
Oxunma sayı: 1358

Gecə klubuna gedən bacısını parkda bıçaqlayaraq öldürməkdə təqsirləndirilən 19 yaşlı Qalib Turabovun məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu bacısı, 1997-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızını “Xəqani” bağında bir neçə bıçaq zərbəsi vuraraq öldürüb. Qardaşı onu ürəyindən iki dəfə bıçaqlayaraq öldürdükdən sonra hadisə yerindən qaçıb, daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, P. Turabova gecələr evdən qaçıb gec saatlarda gəlirmiş. Qardaşı Qalib onu izləyib və bacısının əxlaqsızlıqla məşğul olduğunu düşündüyünə görə mübahisə edərək onu öldürüb. Ölümündən bir müddət əvvəl P. Turabova boşanıbmış və 1 uşağı var. O, evdən qaçdığı vaxtlar “Arena Pub” adlı kluba gedirmiş. 

Bacı və qardaş Füzuli rayonundan məcburi köçkün olan ailənin övladlarıdır və Binəqədi rayonunda yaşayıblar.

P.Turabovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim İlham Mahmudovun sədrliyi ilə aparılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi