Bacısı ilə ərini qətlə yetirən qardaşın məhkəməsi başladı

Bacısı ilə ərini qətlə yetirən qardaşın məhkəməsi başladı
Oxunma sayı: 794

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey bacısı və onun ərini öldürməkdə təqsirləndirilən Vəli Behbudovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
2019-cu il fevral ayında "28 May" qəsəbəsi ərazisində 27 yaşlı İlkin Məmmədov və 25 yaşlı Sevinc Muradzadənin meyitləri tapılıb. 

Oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirilib. Məlum olub ki, onları öldürən şəxs Sevinc Muradzadənin 30 yaşlı ögey qardaşı Vəli Behbudovdur. Hadisədən bir müddət öncə körpə övladları olan İlkin və Sevinc ayrılıblar. Vəli isə onları barışdırmaq üçün ögey bacısını götürərək İlkinin işlədiyi avtomobil təmiri sexinə gedib. Orada yaranan mübahisə zamanı Vəli İlkini bıçaqlayaraq, Sevinci isə boğaraq öldürüb. Daha sonra polisə gedərək təslim olub.

Hakim bildirib ki, istintaq V.Behbudov anlaqsız olduğunu bildirsə də, bu, inandırıcı deyil. Çünki Vəli ilkin mərhələdə sərbəst ifadə verib. Məhkəmə V.Behbudovun ruhi-əsəb dispanserindən istintaq təcridxanasına köçürülməsi barədə qərar edib. 
V.Behbudovun anası və əmisi onun psixoloji problemləri olduğunu, uşaq vaxtı başına dəmir düşdüyünü, buna görə hərbi xidmətə də getmədiyini deyiblər.

Mərhum İ.Məmmədovun qohumları isə Vəlinin heç bir problemi olmadığını, hadisədən öncə normal insan kimi davrandığını və telefon ustası işlədiyini bildiriblər.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi