Babel “Qalatasaray”dan getdi

Babel “Qalatasaray”dan getdi
Oxunma sayı: 1713

“Qalatasaray”ın futbolçusu Rayan Babel komandadan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, niderlandlı hücumçu öz yutub kanalında paylaşdığı videoda İstanbul klubu ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Rayan Babel 2019-cu ilin yayından “Qalatasaray”da çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 42 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.