BAAU-nun müasir standartlara cavab verən tələbə yataqxanası... - Fotolar

BAAU-nun müasir standartlara cavab verən tələbə yataqxanası...
Oxunma sayı: 4405

Bakı Avrasiya Universiteti hər il olduğu kimi  2022-ci ildə də təhsil ocaqları arasında yeni bir ilkə imza ataraq müasir standartlara cavab verən 5 mərtəbəli qızlar yataqxanasını tələbələrin ixtiyarına verib.

"Tələbə dünyası" adlı yataqxana 2, 4 və 6 nəfərlik otaqlar şəklində dizayn olunub və gənclərin hər bir şəraitlə təmin olunması üçün bütün detallar nəzərdə tutulub.

Yataqxanada oxu zalları, yeməkxana, 24/7 təhlükəsizlik xidməti,yataq və yataq dəsti;

yazı masası və stulu;

şəxsi əşyalarının yığılması üçün dolablar;

mərkəzləşmiş istilik sistemi, kondisoner;

TV və yüksək sürətli internet;

tələbə yeməkxanası;

Otaqlarda hamam və sanitar qovşağı;

Oxu zalları;

Camaşırxana;

24 saat isti və soyuq su və s.. fəaliyyət göstərir.

Bu cür təşəbbüslər tələbələrin sosial şəraitlərinin yaxşılaşdırılması, onların keyfiyyətli təhsil almalarına dəstək baxımından uğurlu addımlardır.