Azyaşlı oğlu aparıcını canlı efirdə qucaqlamaq istədi - Video

Azyaşlı oğlu aparıcını canlı efirdə qucaqlamaq istədi
Oxunma sayı: 1824

Amerikanın NBC kanalının canlı efirində gözlənilməz hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə-Suriya xəbərlərini çatdıran aparıcı Kortni Kubenin yanına 4 yaşlı oğlu yaxınlaşıb. O, canlı efirdə anasını qucaqlamağa çalışıb. Kortni özünü itirərək “Üzr istəyirəm. Mənim uşağım...Canlı efir” sözlərini deyib.

Daha sonra həmin görüntülər kanalın yutub səhifəsində yerləşdirilib.