“Azərsun Holdinq”in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

“Azərsun Holdinq”in kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Oxunma sayı: 827

“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər xiyabanını ziyarət edib.

“Qafqazinfo” bildirir ki, “Azərsun Holdinq” kollektivinin üzvləri ölkəmizin müstəqilliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.

Daha sonra Şirkətlər Qrupunun kollektivi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə gül dəstələri düzüb.