“Azərsu” ASC 1-ci oldu

azersu-asc-1-ci-oldu
Oxunma sayı: 2687

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2022-ci ilin nəticələrini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 70,29 faiz göstərici ilə 2021-2022-ci illər üzrə kommunal xidmət təşkilatları arasında 1-ci yeri tutub.
         
Bu münasibətlə “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə işi təşkil edən aidiyyatı struktur bölmələrinin əməkdaşları ilə görüşüb və təbriklərini çatdırıb.

O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış və dünyada nadir təcrübələrdən sayılan "ASAN xidmət" modelinin tətbiqi ölkəmizin ictimai və sosial həyatında mühüm hadisə olub: "Agentliyin nəzdində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə dövlət xidmətlərinin bir məkanda və əlaqələndirilmiş formada həyata keçirilməsi təmin edilib. Bu mərkəzlər dövlət oraqanlarının fəaliyyətində yeni yanaşmanın formalaşdırılmasına, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Hazırda Bakı şəhəri və bölgələrdəki “Asan xidmət” və “ASAN Kommunal mərkəzlərində vətəndaşlar “Azərsu” ASC-nin 14 adda xidmətindən yararlana bilir. Bu gün 100-dən çox əməkdaşımız “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vəzifələrini layiqincə yerinə yetirirlər. “ASAN xidmət indeksi” üzrə son illərdə ilk yerləri əldə etməyimiz bunu bir daha təsdiqləyir və ümidvaram ki, bu nailiyyət növbəti illərdə də təkrarlanacaq”.