“Azərişıq”dan iki günlük qadağa ilə bağlı açıqlama

“Azərişıq”dan iki günlük qadağa ilə bağlı açıqlama
Oxunma sayı: 1505

Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda iki günlük sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər.

Abonentlərdən xahiş edilir ki, hər hansı bir qəza halı yaranarsa, 24 saat fasiləsiz fəaliyyət göstərən 199 çağrı mərkəzi ilə əlaqə saxlasınlar. 

Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Bunun üçün ASC-nin rəsmi saytında (azerishiq.az) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi