Azərbaycanlı tələbəni öldürən şəxs üzr istədi

Azərbaycanlı tələbəni öldürən şəxs üzr istədi
Oxunma sayı: 2990

Volqoqrad Vilayət Məhkəməsində tibb universitetinin 17 yaşlı tələbəsi Timur Qavrilovun qatili Vitali Vasilyevlə bağlı dinləmələr keçirilib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmədə Vasilyevə son söz verilib. O, Timurun anası İrina Qavrilovadan üzr istəyir. Məhkəmə hökmü bu gün elan olunacaq. 

Xatırladaq ki, hadisə 2020-ci il iyunun 12-dən 13-nə keçən gecə Volqoqradın Voroşilovski rayonunda baş verib. Vasilyev Azərbaycandan Volqoqrada təhsil almağa gedən Timuru yaşadığı yataqxananın yaxınlığında bıçaqlayıb. Cinayətdən sonra gizlənən Vasilyev 1 həftə sonra saxlanılıb. O, cinayəti etnik zəmində törətdiyini etiraf edib. 

Həmçinin oxuyun: Azərbaycanlı tələbəni öldürənə 20 il həbs tələbi