Azərbaycanlı rejissorun filmi Venesiya festivalının əsas müsabiqəsində - Foto

Azərbaycanlı rejissorun filmi Venesiya festivalının əsas müsabiqəsində
Oxunma sayı: 2775

Venesiya kinofestivalı iyulun 28-də keçirdiyi onlayn mətbuat konfransında proqramı açıqlayıb, filmləri anons edib.

“Qafqazinfo” xəbər verir ki, əsas müsabiqəyə 18 layihə daxil olub ki, onlardan da biri azərbaycanlınındır. Bu, rejissor Hilal Baydarov tərəfindən çəkilmiş “In Between Dying” adlı filmdir.

Venesiya kinofestivalının rəsmi saytında qeyd olunur ki, “In Between Dying” filmi  Azərbaycanla ABŞ-ın birgə istehsalıdır. Ekran işində baş rolları Orxan İsgəndərli, Rəna Əsgərova, Məryəm Nağıyeva, Mürvət Əbdüləzimov, Kamran Hüseynov və Samir Abbasov ifa edir.

Screendaily.com xəbər verir ki, rejissor H.Baydarovun filminin premyerası 2-12 sentyabr tarixlərində keçiriləcək Venesiya kinofestivalında olacaq. Məlumdur ki, münsif heyətinə məşhur Avstraliya aktrisası Keyt Blanşett başçılıq edəcək.  

“In Between Dying” filmindən kadr