“Azərbaycanlı icmasının ləğvi 1-ci Qarabağ savaşının mirası ilə vidalaşmaqdır”

“Azərbaycanlı icmasının ləğvi 1-ci Qarabağ savaşının mirası ilə vidalaşmaqdır”
Oxunma sayı: 769

“Qarabağın azərbaycanlı icmasının ləğvi Vətən Müharibəsində qələbəmizin siyasi nəticəsidir və 1-ci Qarabağ savaşının mirası ilə vidalaşmaq deməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə deyib. 

O qeyd edib ki, icmanın ləğvi daha iki mesajın dünyaya verilməsidir: “Birincisi, status olmayacaq. Yəni, “erməni icması” anlayışı qəbul edilməyəcək, onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub yaşaya bilərlər.

Nəhayət, azərbaycanlı icmasının ayrıca ictimai-siyasi vahid kimi ləğvi Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır. Qoy Minsk qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi-Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözsün!”.

Günel Türksoy