Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol - Video

Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
Oxunma sayı: 2327

Futbol üzrə Portuqaliya çempionatında 7-ci turun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Famalikan” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Tondela”nın sonuncu və qələbə qolunu da millimizin forvardı vurub. O, 84-cü dəqiqədə rəqib qapısına yol tapıb, 86-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

Dadaşov ötən tur “Braqa”ya 1:3 hesabıyla uduzduqları matçda da qolla yadda qalmışdı.

“Tondela” 7 turdan sonra 6 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.