Azərbaycanlı futbolçunun Rusiyada yeni klubu

Azərbaycanlı futbolçunun Rusiyada yeni klubu
Oxunma sayı: 1146

Ötən ilin dekabrında “Ufa”dan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası müəyyənləşib.
 
"Qafqazinfo" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi “Tambov”a keçib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun müqavilə müddəti və digər detallar açıqlanmayıb. 

Azərin yeni komandasındakı debütü də uğurlu alınıb. O, Premyer Liqanın 20-ci turunda “Rotor”la keçirilən matçın (1:3) 18-ci dəqiqəsində meydana daxil olub və 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

Qeyd edək ki, “Tambov”  20 oyuna cəmi 13 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.